Rostov AES -də qəza baş verib

Rostov AES -də qəza baş verib
  21 Oktyabr 2021    Oxunub:1255
Rusiyada Atom Elektrik Stansiyasında(AES) qəza baş verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Fövqəladə hallar xidmətinin nümayəndəsi "RİA Novosti" -yə bildirib ki, Rostov AES -də buxar sızması baş verib. Hadisə nəticəsində 2 -ci enerji bloku təmirə dayandırılıb.
Onun sözlərinə görə, kimsə xəsarət almayıb, stansiyada radiasiya fonu isə normal səviyyədədir. Üç enerji bloku fəaliyyətini davam etdirir. Hadisənin təfərrüatları araşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: AES   Qəza  





Xəbər lenti