Günəşin sönməsindən sonra salamat qalan nəhəng ekzoplanet aşkarlanıb

Günəşin sönməsindən sonra salamat qalan nəhəng ekzoplanet aşkarlanıb
  21 Oktyabr 2021    Oxunub:2079
Elm adamları Yerdən 6500 işıq ili məsafədə, "Süd yolu"unun mərkəzində yerləşən ekzoplanet aşkarlayıblar. Planet ciddi bir fəlakətdən -öz Günəşinin sönməsindən sonra salamat qalıb.
AzVision.az xəbər verir ki, bu barədə "Nature" jurnalı məlumat yayıb.

- Astrofiziklər "Süd yolu" ulduzlarının 97% -nin günəşləri söndükdən sonra məhv olma aqibətindən qaça bilməyəcəyini söyləyirlər. Bu proses həmin ulduzlara ən yaxın olan dünyaları sıradan çıxarmalıdır. Amma müəyyən bir xətt mövcud imiş ki, orada hansısa ekzoplanet salamat qalmağı bacarıb.

Havaydakı "Keck" rəsədxanasının dəstəyi ilə bir qrup mütəxəssis, günəşin məhv olmasından sonra salamat qalan nəhəng bir ekzoplanetin kəşf edildiyini elan edib. Planet, sönən ulduzundan təxminən 420 milyon kilometr aralıda yerləşir və Yupiterdən 1,4 dəfə böyükdür.

Kosmosun azmış yolçuları: “Sərgərdan planetlər” tapıldı
İndi mütəxəssislər həvəslə bu gözəl və yeni dünyanı araşdırmaq üçün fürsətlər tapmağa çalışırlar.

Qeyd edək ki, Yer kürəsinin "qidalandığı" Günəşdə də bir neçə milyard il ərzində hidrogen tükəndiyi zaman, öz cazibə qüvvəsinin təsiri altında onun nüvəsi büzülməyə başlayacaq və bu nəhəng ulduzun xarici təbəqələri genişlənəcək. Beləcə tədricən Günəş şişməyə başlayacaq və sonda "qırmızı nəhəng"ə çevriləcək. Təxminən bir milyard il sonra isə, hər gün tamaşa etdiyimiz bu ulduzumuz ağ karlikə çevriləcək, bir neçə milyard il də mövcud olduqdan sonra tamamilə sönəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Günəş   Ekzoplanet  





Xəbər lenti