Paşinyandan növbəti kadr dəyişikliyi

Paşinyandan növbəti kadr dəyişikliyi
  21 Oktyabr 2021    Oxunub:1123
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti kadr dəyişikliyini edib. xəbər verir ki, baş nazir Varos Simonyanı İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edib.
Paşinyan Arşak Aslanyanı Simonyanın yerinə təyin edib. Xatırladaq ki, Simonyan 22 avqust 2019 -cu ildə iqtisadiyyat nazirinin müavini təyin edilib. O, bundan əvvəl Ermənistanın Avropa İttifaqında ticarət attaşesi vəzifəsini tutub.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda nazir və nazir müavinləri, səfirlər və digər mühüm vəzifələrdə çalışan məmurların işdən azad edilməsi adi hal alıb.

Tural Tağıyev

AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti