Əfqanıstanda qadınlar aksiya keçirib

Əfqanıstanda qadınlar aksiya keçirib
  21 Oktyabr 2021    Oxunub:1338
Əfqanıstanın paytaxtı Kabildə qadınlar etiraz aksiyası keçirib. AzVision.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin binası yaxınlığına baş tutan aksiyanı taliblər dağıdıb, hadisəni lentə alan jurnalistləri isə döyüblər.
Bundan əvvəl Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hökuməti qadınların hüquqlarının qorunacağını vəd etmişdi. Qadınlar artıq bir neçə dəfə Əfqanıstanın müxtəlif şəhərlərində nümayişlər keçirərək, yeni hakimiyyət orqanlarını onların hüquqlarına hörmət etməyə, dövlət qurumlarında və seçkili orqanlarda təmsil olunmalarını təmin etməyə çağırıblar.

Şahidlər "Taliban" qüvvələru tərəfindən aksiyanın dağıdıldığını, foto və video çəkən jurnalistlərin avadanlıqlarının əllərindən alınaraq, onların döyüldüyünü söyləyiblər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Əfqanıstan   Aksiya  





Xəbər lenti