"Ukraynanın NATO-ya daxil olması son dərəcə təhlükəlidir" - Rusiya XİN

"Ukraynanın NATO-ya daxil olması son dərəcə təhlükəlidir" -  Rusiya XİN
  21 Oktyabr 2021    Oxunub:762
“Ukraynanın NATO-ya üzv qəbul edilməsi son dərəcə təhlükəli addım olacaq və bu, Moskvanı reaksiya verməyə məcbur edəcək”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

ABŞ-ın müdafiə naziri Lloyd Austinin çıxışını dəyərləndirən Rudenko NATO ölkələrinin nümayəndələri tərəfindən belə açıqlamaların ilk dəfə səsləndirilmədiyini xatırladıb.

"Lakin biz hələ də rəsmi mövqeyə deyil, konkret addımlara diqqət yetiririk. Düşünürük ki, bu, Rusiyanı uyğun reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı", - diplomat vurğulayıb.

Onun sözərinə görə, istənilən addımın nəticəsinin olacağı ilə bağlı Alyansa xəbərdarlıq edilib: "NATO Ukrayna ilə bağlı mövqeyimizi bilir", - Rudenko əlavə edib.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin Ukraynanın Alyansa üzv olma perspektivlərini şərh edərkən deyib ki, üçüncü ölkələr bu mövzuda veto qoymaq hüququna malik deyil və Vaşinqton Kiyevin səylərini dəstəkləyir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna   NATO  





Xəbər lenti