Rusiyada koronavirusun yeni AY.4.2 növü aşkar edilib

   Rusiyada koronavirusun yeni AY.4.2 növü aşkar edilib
  21 Oktyabr 2021    Oxunub:842
Rusiyada koronavirusun delta ştamının yeni AY.4.2 növü aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstehlakçıların Hüquqlarının Qorunması və İnsan Rifahı Sahələrinə Nəzarət Federal Agentliyinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat İnstitutundan məlumat verilib.

Delta ştamının yeni növü olan AY.4.2-nin dünyada sürətlə yayılması ehtimalı böyükdür. Rusiyada deltanın bu növünün xəstəliyin daha da artmasına səbəb olacağını istisna etmirlər.

Böyük Britaniyada hazırda deltanın AY.4.2 variantı sürətlə yayılmaqdadır və bu növün digər ştamlardan 10-15 faiz yoluxucu olduğu qeyd edilir.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti