Füzuli-Şuşa dəmir yolu xəttinin tədqiqat işləri tamamlanıb

Füzuli-Şuşa dəmir yolu xəttinin tədqiqat işləri tamamlanıb
  21 Oktyabr 2021    Oxunub :280
"Azərbaycan Dəmir Yolları" QSC-də tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinun uzunluğu ox üzrə 83,4 km olacaq.
AzVision.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

AzVision.az

Teqlər: Dəmiryolu  







Xəbər lenti