Saakaşvili türmədən tərəfdarlarını salamladı- VİDEO

  Saakaşvili türmədən tərəfdarlarını salamladı-   VİDEO
  21 Oktyabr 2021    Oxunub:1024
Gürcüstan mediası hazırda təcridxanada saxlanılan eks-prezident Mixail Saakaşvilinin görüntülərini yayıb.
AzVision.az xəbər verir ki, Saakaşvili dəmir barmaqlıqlar arasından öz tərəfdarlarını salamlayıb. Onun gümrah görünməsi diqqət çəkib.

Qeyd edək ki, Gürcüstanın 3-cü prezidenti, 2003-cü ildə “məxməri inqilab”la hakimiyyətə gəlmiş 54 yaşlı Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir. Siyasətçi hazırda Rustavi şəhərində yerləşən 12 saylı həbsxanada təkadamlıq kamerada cəza çəkir.




Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili   Gürcüstan  





Xəbər lenti