"Azərbaycanın təcrübəsini öyrənirik" - Ukraynalı hərbi ekspert

 "Azərbaycanın təcrübəsini öyrənirik" -  Ukraynalı hərbi ekspert
  21 Oktyabr 2021    Oxunub:1577
Azərbaycanın Qarabağdakı təcrübəsini bütün istiqamətlər üzrə çox ciddi şəklidə təhlil etmişik". Bunu Ukrayna Silahlı qüvvələrinin Ali Baş Komandanının strateji kommunikasiyalar üzrə müşaviri, ekspert Lyudmila Dolqonovskaya "armiya.az” saytına müsahibəsində deyib
Ukraynalı ekspert ötən ilin noyabrında baş qərargahda “Ermənistan-Azərbaycan hərbi münaqişəsi. Hadisələrin xronikası, təhlil və nəticələr” adlı böyük elmi-praktik konfrans keçirildiyini diqqətə çatdırıb.

- Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə artıq sınaqdan keçirilən və qoşunların hərbi hazırlıq prosesinə daxil edilən qabaqcıl təcrübənin nəzərə alınması üçün əsaslandırılmış təkliflər hazırlandı. Bundan başqa, ali hərbi məktəblərin tədris planlarına və proqramalarına, həmçinin tədris məşğələrinin tərkibinə PUA-ların, XƏQ-lərin (xüsusi əməliyyat qüvvələri), RQA-nın (raket qoşunları və artilleriya) istifadəsi üzrə dərslər salındı. Hərbi əməliyyatlar zamanı PUA-ların, RQA qüvvələri və vasitələrinin eyni vaxtda idarəolunması ilə bağlı hərbi idarəetmə orqanları ilə kompleks şəkildə bir sıra komanda-qərargah təlimləri keçirildi. Bizim ölkə Azərbaycan Respublikası ilə əməkdaşlığı çox qiymətləndirir. Üstəlik, Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında göstərilib ki, biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı inkişaf etdirəcəyik. Bu bütün sahələrdə yaxınlaşmaq və birləşmək üçün yaxşı zəmindir,- Lyudmila Dolqonovskaya vurğulayıb.

Qafqaz Ömərov
Sahil İskəndərov

AzVision.az


Teqlər: Azərbaycan   Müharibə  





Xəbər lenti