“Füzuli aeroportunun açılışında iştirak edəcəyəm” - Ərdoğan

 “Füzuli aeroportunun açılışında iştirak edəcəyəm” -  Ərdoğan
  21 Oktyabr 2021    Oxunub:1589
“Azərbaycana səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

"Bu məsələ ilə bağlı qardaşım, Prezident İlham Əliyevlə danışmışıq. Səfər zamanı hava limanını və bir neçə magistral yolun, kənd təsərrüfatı ilə bağlı layihələrin açılışında da iştirak edəcək", - Türkiyə lideri əlavə edib.

Xatırladaq ki, Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük səfər edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti