Ərdoğan İran barədə: "Atılan addım yanlışdır"

   Ərdoğan İran barədə:    "Atılan addım yanlışdır"
  21 Oktyabr 2021    Oxunub:1893
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycana yönəlmiş son addımlarına, sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Afrika səfərindən dönən Türkiyə lideri jurnalistlərə deyib ki, görülən işlər yanlışdır.

"İran İsrailə münasibətlərə görə Azərbaycana qarşı çıxıb, onu "hədəf taxtası"na qoya bilməz. Mənim belə bir gözləntim yoxdur. Çünki bu gün İranda yaşayan azərbaycanlıların nisbəti göz önündədir. Bu, şübhəsiz ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - Ərdoğan söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ərdoğan   İran   Azərbaycan  





Xəbər lenti