"Zəngəzur dəhlizi ilə bağlı qərarımız dəyişməzdir" - Ərdoğan

   "Zəngəzur dəhlizi ilə bağlı qərarımız dəyişməzdir" -    Ərdoğan
  21 Oktyabr 2021    Oxunub:1212
"Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarımız dəyişməz olaraq qalır".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə deyib.

"Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarımız dəyişməz olaraq qalır. Yeri gəlmişkən, Azərbaycana minaaxtaran maşınlar verdik və verməkdə davam edirik. Onlar da çox yüksək qiymətləndirilir. Bu maşınlar mina təmizləmə işində çox uğurludur. Həmçinin, hərəsinə iki ədəd olmaqla Toqo və Burkina Fasoya da bu maşınlardan verdik. Onlar da çox razı qaldılar", - Ərdoğan vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zəngəzur-dəhlizi   Türkiyə   Azərbaycan  





Xəbər lenti