Tramp öz sosial şəbəkəsini yaradır
“Böyük texnologiyaların tiranlığına qarşı çıxmaq üçün “TRUTH Social” və TMTG (Trump Media & Technology Group) şirkətlərini qurdum. Biz “Twitter” şəbəkəsində “Taliban”ın böyük mövcudluğa malik olduğu, lakin sevimli Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq. Bu, qəbuledilməzdir... Tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşəcəyimə və böyük texnologiyalara qarşı mübarizə aparacağıma görə şadam”, - deyə ABŞ-ın sabiq lideri bildirib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-da baş verən iğtişaşlardan sonra Donald Trampın sosial media hesabları birdəfəlik bloklanıb.
AzVision.az
Teqlər: Tramp