"Vaksinlər AY.4.2 və ya "delta plus" ştamına qarşı effektlidir" - Akif Qurbanov

   "Vaksinlər AY.4.2 və ya "delta plus" ştamına qarşı effektlidir" -    Akif Qurbanov
  21 Oktyabr 2021    Oxunub:1037
"Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub".
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

O bildirib ki, buna əvvəllər “delta plus” ştamı deyilirdi: “Delta plus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir. Bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub. “Delta plus” ştamları COVID-19 virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da yeni mutasiyalar gözləyə bilərik”.

A.Qurbanov söyləyib ki, COVID-19 virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur: “Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "delta plus" ştamına qarşı effektivliyini qorumaqdadır”.

Xatırladaq ki, bir sıra ölkələrdə, o cümlədən region ölkəsi olan Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var. Bildirilir ki, yeni mutasiya daha çox kontakta meyllidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti