Hindistanda 1 milyard dozadan çox vaksin vurulub

Hindistanda 1 milyard dozadan çox vaksin vurulub
  21 Oktyabr 2021    Oxunub:885
Hindistanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının ümumi sayı 1 milyardı keçib.
AzVision.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin Mətbuat İnformasiya bürosu məlumat yayıb.

Ölkənin Baş naziri Narendra Modi bu münasibətlə “Twitter”də həmyerlilərini təbrik edib və belə möhtəşəm nailiyyəti əldə etmək üçün çalışmış alimlərə, səhiyyə işçilərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Hindistanda son 24 saatda virusa yoluxmuş 17 561 nəfər sağalıb. Pandemiyanın başlanğıcından bəri xəstəlikdən sağalanların ümumi sayı 33 495 808-ə çatıb. Beləliklə, Hindistanda xəstələrin koronavirusdan sağalma nisbəti 98,15%-dir. Sağalma göstəricisi hazırda 2020-ci ilin martından bəri ən yüksək səviyyədədir.

Son 24 saat ərzində ölkədə 18 454 yeni yoluxma faktı qeydə alınıb. Ümumi xəstə sayı 200 mindən az olaraq qalmaqda davam edir. Belə ki, hazırda ölkədə 178 831 koronavirus xəstəsi var. Həmçinin, koronavirus testlərinin aparılma imkanları da genişləndirilir. Son 24 saat ərzində ölkədə ümumilikdə 1 247 506 koronavirus testi aparılıb. Bu günədək ölkədə aparılmış testllərin sayı 595, 7 milyondan çoxdur.

AzVision.az




Teqlər: Hindistan   Vaksin  





Xəbər lenti