Serj Sarkisyanın müavini polisə çağırıldı: Paşinyanı təhqir edib

Serj Sarkisyanın müavini polisə çağırıldı:   Paşinyanı təhqir edib
  21 Oktyabr 2021    Oxunub :410
Ermənistanın "Respublika" partiyası sədrinin müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan polisə çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə müxalifyönlü saytlar məlumat yayıb.
Yerli polisin onunla söhbət aparmaq istəməsi barədə məlumat verən siyasətçi, sosial şəbəkələrdən evə gələn bildirişin fotoşəklini paylaşıb.

Qeyd edək ki, Aşotyan eks-prezident, Xocalı qatili Serj Sarkisyanın ən yaxın kadrlarından biri kimi tanınır. O, son zamanlar hakimiyyətə qarşı radikal çağırışları və ittihamları ilə diqqət çəkirdi.

Məhz oktyabrın 6-da yazdığı status qalmaqala səbəb olmuşdu. Sarkisyanln müavini Ermənistanın baş naziri Nikol Paşinyanın komandasını Azərbaycan nümayəndələri ilə üz -üzə qalmaqdan qorxmaqda suçlayırdı. Eyni zamanda, Aşotyan baş naziri "xain", "kapitulyator", hakim partiyadan olan deputatlar isə "mutantlar" və "çantalılar" adlandırıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Sarkisyan   Polis   Ermənistan  







Xəbər lenti