Metro bu gün gücləndirilmiş rejimdə işləyəcək

Metro bu gün gücləndirilmiş rejimdə işləyəcək
  21 Oktyabr 2021    Oxunub:870
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Bakı Metropoliteni”ndən AzVision.az -a verilən xəbərə görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.

Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq.

Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.

Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinin III turunda bu gün “Qarabağ” – “Kayrat” görüşü keçiriləcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti