“Gələcək əməkdaşlıq üçün əla prespektivlərimiz var" - Aİ səfiri

   “Gələcək əməkdaşlıq üçün əla prespektivlərimiz var" -    Aİ səfiri
  21 Oktyabr 2021    Oxunub:936
“Qarabağda yenidənqurma və bərpa işlərinə necə töhfə verə biləcəyimiz, prosesdə faydalı ola biləcəyimiz bizim üçün də maraqlıdır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

Onun sözlərinə görə, bu istiqamətdə nələrin prioritet olmasını öyrənəcək və bunu dəstəkləyəcəklər: “Bununla bağlı Bakıda çox önəmli sərgi keçirilir, mən də bu sərgini ziyarət edəcəyəm”.

Səfir əlavə edib ki, həyata keçirilən layihələr Azərbaycan və Aİ arasında münasibətlərin əsasının möhkəm və əməkdaşlığımızın yaxşı səviyyədə olduğunu göstərir: “Gələcək əməkdaşlıq üçün bizim əla prespektivlərimiz var. Bu əməkdaşlığı dərinləşdirmək və yaxşı nəticələrə nail olmaq üçün imkanlar genişdir. Bu il Aİ-dən Bakıya baş tutan yüksək səviyyəli səfərlər göstərir ki, qurumla Azərbaycan arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Biz böyük miqyasda nəticələr əldə etmişik”.

Şərq Tərəfdaşlığının prioritetlərinə toxunan Mixalko qeyd edib ki, bu, həm də Aİ-nin prioriteti olan yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və sair daha güclü iqtisadiyyat üçün vacibdir: “Gələcəkdə də biz Azərbaycanla güclü və dayanıqlı tərəfdaşlığımıza davam edəcəyik. Azərbaycanla əməkdaşlığımızı gücləndirmək üçün mən də intensiv fəaliyyət göstərəcəyəm”.

AzVision.az





Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti