"Oğlumun komandiri "güllə gətirməyə gedirəm" deyib fərarilik etdi"- Erməni valideyn

   "Oğlumun komandiri "güllə gətirməyə gedirəm" deyib fərarilik etdi"-   Erməni valideyn
  21 Oktyabr 2021    Oxunub:1698
Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, İstintaq Komitəsinin binası qarşısına toplaşan valideynlərdən biri jurnalistlərə hökumətin onlara qarşı diqqətsiz yanaşmasından gileylənib.
Çünki komitə rəhbəri onlarla görüşməli olsa da, iş başında tapılmayıb.

- Biz heç kimə inanmırıq. Baş nazirin və digər generalların dediklərinə belə güvənmirik. Çünki düşünürük ki, onların hamısı günahkardır. Bu qədər uzun müddət keçib, eşitmisiniz ki, kimisə mühakimə edirlər və deyirlər ki, bu adam 10-20 əsgərə görə günahkar sayılır? İndiyə qədər heç kim mühakimə olunmayıb. Kərəmyan (İstintaq Komitəsinin sədri-red.)yoxdur. Tabeliyində olanlara deyib ki, məşğulam, mənim yerimə onlarla görüşün. Amma adi bir müstəntiq bizə nə cavab verəcək?

Erməni döyüşçülər bir-birini ifşa etdi: "General və polkovniklərimiz fərari idi"
Etiraz edən əsgər atası jurnalistə deyib ki, binanın qarşısına toplaşanlar sadəcə günahkarlardan ən azından bəzilərini tapmaq istəyir.

- Bir ildir işləmirik və ya sözün həqiqi mənasında yaşamırıq. Bizim uşaqlar vuruşanda bu iki saat çəkirmiş. Onların leytenantı güllə qalmadığını deyib və sursat arxasınca gedib. Yəni sadəcə qaçıb... Uşaqlar təəccüb içində soruşublarmış ki, “Komandir, daraqlarda güllələrimiz qalıb axı, hara gedirsən?" . İndi o leytenant başqa vəzifəyə keçirilib və xidmətini davam etdirir. Uşaqların komandirlərini görəndə dedim ki, niyə bu leytenantı başqa yerə köçürtdün? O yenə fərarilik edəcək... Bizdə hətta məlumatlar var ki, xain zabitləri Rusiyaya təlim keçmək üçün göndərilirlər -,əsgər atası gileylənib.



Digər əsgər atası isə hərbi sahədə xaosun hələ də davam etməsindən şikayətlənib.

- Mənim övladımı 27 sentyabrdan bəri heç kim görməyib. 28-i günü onun öldüyünü yazdılar. Amma hələ də onun harada olduğunu öyrənə bilmirəm. Uşağım bu məsələdə tək deyi. Oğlumun olduğu yerdə onunla iki nəfər var imiş. Bu gün isə artıq üçünün də ortalıqda olmadığı üçə çıxır. Heç olmasa bir şeyi öyrənmək üçün həmin əraziyə getdim, amma heç bir fakt tapa bilmədim. Hadisə Cəbrayıl şəhərində baş verib. Deyirlər ki, döyüş başlayanda uşaqlara mina yerləşdirmək əmri verilibmiş. Amma bu əlbəttə ki, absurd iddiadır. Belə şey ola bilməz və uşaqlarımızı hansısa xüsusi zonaya aparıblar. Tam olaraq hara apardıqlarını isə öyrənə bilmirəm. Ancaq çox şey bilirəm və çox şey də deyə bilərəm. Hələ ki, özümü saxlayıram. Onlar ayın 3 -də övladımı Füzulidə görüblər. İndi isə ortalıqda yoxdur deyirlər. Oğlumu öldürməyiblər. Ölsəydi, meyidini gətirərdilər. Mən bilirəm onlar nə ediblər. İlk gündən müstəntiqə dedim ki, uşağım o ərazilərdəri, onun konkret hansı bölgədə olduğunu öyrənin. İndi elə hey yalandan deyirlər ki, DNT uyğunluğu tapıblar. Bu bir nağıldır, məni aldadırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Etiraz   Ermənistan   Komandir   Fərari  





Xəbər lenti