"3+3 formatı bütün iştirakçıların maraqlarına cavab verir" - XİN

   "3+3 formatı bütün iştirakçıların maraqlarına cavab verir" -    XİN
  21 Oktyabr 2021    Oxunub:1110
“Rusiya "3+3" formatına dair Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü təşəbbüsü dəstəkləyib”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb:

“Hesab edirik ki, çoxtərəfli regional əməkdaşlıq bu formatın bütün iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə inamın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun nəqliyyat və iqtisadi potensialının üzə çıxmasına kömək edərdi”.

AzVision.az



Teqlər: Rusiya   XİN  





Xəbər lenti