Kabildə partlayış nəticəsində şəhər elektriksiz qalıb

Kabildə partlayış nəticəsində şəhər elektriksiz qalıb
  21 Oktyabr 2021    Oxunub:662
Əfqanıstanın paytaxtı Kabildə yarımstansiyada partlayış baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə Kabil daxil olmaqla ətraf əyalətlər elektriksiz qalıb.

Əfqanıstan Enerji Korporasiyasından verilən məlumata görə, Kala Muradbek yarımstansiyasında baş verən partlayış elektrik xəttinə ziyan vurub.

Korporasiyanın texniki heyəti hazırda qəza yerindədir və vəziyyət imkan verən kimi xəttin bərpası işlərinə başlayacaqlar.

AzVision.az



Teqlər: Kabil  





Xəbər lenti