Cəlil Məmmədquluzadənin yubileyi qeyd edilib

Cəlil Məmmədquluzadənin yubileyi qeyd edilib
  26 Mart 2014    Oxunub:1832
Göyçay rayonunda böyük Azərbaycan yazıçısı, publisist, nasir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illik yubileyi münasibətilə tədbir keçirilib.
Azvision.az AzərTAc -a istinadən xəbər verir ki, rayon mərkəzi kitabxanasında keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, ziyalılar, yazıçılar, gənclər və şagirdlər iştirak edib.

Mərasimdə çıxış edənlər görkəmli maarifçi-demokrat Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən danışmışlar. Mirzə Cəlil irsinin zənginliyi, onun azərbaycançılıq ideologiyasının gənc nəsillərə təsirindən söhbət açılıb.

Bildirilmişdir ki, Mirzə Cəlil yaradıcılığında Azərbaycan xalqının soykökünə məhəbbət, xalqımızın millət kimi özünü dərk etməsi məsələləri geniş yer tutur. Diqqətə çatdırılmışdır ki, C.Məmmədquluzadə bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə həsr etmişdir. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlil ədəbi mühitdə azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edərək daim Vətənin, dilin, xalqın tərəqqisi naminə çalışıb.

Tədbirin sonunda “Cəlil Məmmədquluzadə-145” adlı kitab sərgisinə baxış keçirilib.


Teqlər:  





Xəbər lenti