Nazarbayev hakimiyyətdən getmə səbəbini açıqlayıb

Nazarbayev hakimiyyətdən getmə səbəbini açıqlayıb
  22 Oktyabr 2021    Oxunub:655
Qazaxıstanın ilk prezidenti, elbaşı Nursultan Nazarbayev onurğasında əməliyyat olunduğuna görə dövlət başçısı vəzifəsindən istefa verdiyini etiraf edib.
AzVision.az bu barədə "TASS"a istinadən xəbər verir.

"İndi heç vaxt söyləmədiyim bir şeyi açıqlayacağam, bu, bir sensasiya olacaq. Mən 2011-ci ildə onurğamdan, kürəyimdən çox ciddi bir əməliyyat keçirdim. Bu əməliyyatın fəsadlarına görə hakimiyyətdən getməli oldum. Xəstə prezident dövləti idarə edə bilməz. Sənin vəziyyətinə görə ölkə əziyyət çəkməməlidir. Bu halda görüşlər keçirmək, səfərlərə getmək mümkün deyildi. Mən bu barədə heç vaxt danışmamışam, məni bağışlasınlar”, - Nazarbayev deyib.

Xatırladaq ki, Nazarbayev 16 dekabr 1995-ci ildən 20 mart 2019-cu ilə qədər Qazaxıstanın prezidenti olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nursultan-Nazarbayev  





Xəbər lenti