NATO-nun müdafiə nazirləri Rusiya ilə bağlı razılığa gəlib

NATO-nun müdafiə nazirləri Rusiya ilə bağlı razılığa gəlib
  22 Oktyabr 2021    Oxunub :287
NATO-ya üzv dövlətlərin müdafiə nazirləri Brüsseldə keçirdikləri görüşdə Rusiyanın raket sistemlərindən gələn təhdidlərə qarşı cavab tədbirlərini razılaşdırıblar.
AzVision.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

"Cavab tədbirləri paketində havadan və raketdən müdafiə sistemimizin əhəmiyyətli dərəcədə möhkəmləndiliməsini, beşinci nəsil qırıcılardan istifadə etməklə qeyri-nüvə müdafiə imkanlarının gücləndirilməsini, təlimlərimizin və kəşfiyyat işlərinin adaptasiyasını əhatə edir. Söhbət həm də nüvənin qarşısının alınması üçün hazırlığın artırılmasından gedir", - baş katib əlavə edib.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: NATO  







Xəbər lenti