"NATO Rusiyaya qarşı silah istifadə edə bilər" - Nazir

 "NATO Rusiyaya qarşı silah istifadə edə bilər" -  Nazir
  22 Oktyabr 2021    Oxunub:631
"NATO Rusiyaya qarşı lazım gəldikdə silahdan istifadə etməyə hazır olduğunu nümayiş etdirməlidir".
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

"Heç kim Baltikyanı və Qara dənizdəki alyans tərəfdaşlarına hücum etməyi düşünməməlidir”, - o vurğulayıb.

Nazir deyib ki, Moskva bu dövlətlərin hava məkanını sistematik şəkildə pozur, buna görə də onun qorunmasına xüsusi diqqət yetirilməlidir. Kramp-Karrenbauer, həmçinin Rusiyanı davamlı kiberhücumlarda, Belarus və Aİ ölkələri sərhədində miqrasiya böhranını qızışdırmaqda ittiham edib.

Xatırladaq ki, Rusiya dəfələrlə bəyan edib ki, heç bir ölkəyə qarşı aqressiv niyyəti yoxdur. Rusiya təyyarələrinin bütün uçuşları beynəlxalq qaydalara ciddi riayət etməklə həyata keçirilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti