Hollivud ulduzu çəkiliş meydanında operatoru öldürdü

Hollivud ulduzu çəkiliş meydanında operatoru öldürdü
  22 Oktyabr 2021    Oxunub:1046
Məşhur aktyor Alek Bolduin adam öldürüb. AzVision.az xəbər verir ki, Hollivud ulduzu çəkiliş meydançasında tapança ilə atəş açarkən güllə 42 yaşlı operator Alina Hatçinsə dəyib.
Xarici medianın yazdığı məlumata görə, faciəvi hadisə Nyu-Meksiko ştatında "Rust" filminin çəkilişləri zamanı baş verib.

Bolduin filmin prodüseri imiş və o həmçinin baş rolun ifaçısı olub. Polisin məlumatına görə, aktyor yalnız operatora deyil, çəkiliş qrupunun üzvlərinə atəş açıb. Filmin rejissoru isə körpücük sümüyündən yaralanaraq xəstəxanaya yerləşdirilib.

"Santa Fe New Mexican" insidentdən sonra Bolduinin fotosunu dərc edib. Aktyora qarşı hələlik heç bir ittiham irəli sürülməyib. Tapançanın hansı şəraitdə real güllələrlə doldurulduğu və Aleqin rejissorla operatoru vurmasının səbəbləri açıqlanmır.



Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti