"Çiyin-çiyinə savaşaraq qalib gəldik” - Hikmət Hacıyev

   "Çiyin-çiyinə savaşaraq qalib gəldik” -    Hikmət Hacıyev
  22 Oktyabr 2021    Oxunub :444
"2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı və "Qarabağ Azərbaycandır" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik".
AzVision.az xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) “Media Forumu”nun açılışında çıxışı zamanı deyib.

H.Hacıyev Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi və diplomatik dəstəyini xüsusi qeyd edib: “Həmin dövrdə qardaş Türkiyənin nəbzi, qəlbi Azərbaycanla vururdu və nəhayət ki, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda Türk Şurası ölkələri 44 günlük müharibə dövründə Azərbaycan xalqına dəstəyini əsirgəmədilər. Qardaş Türkiyənin media sahəsində Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyn etmək istərdim. Çiyin-çiyinə savaşaraq bu informasiya müharibəsində də qalib gəldik”.

AzVision.az

Teqlər: Hikmət-Hacıyev  







Xəbər lenti