Ukraynadan vaksin rekordu: Bir günə 270 min peyvənd vuruldu

   Ukraynadan vaksin rekordu:    Bir günə 270 min peyvənd vuruldu
  22 Oktyabr 2021    Oxunub:515
Ukraynada peyvəndlənmə ilə bağlı növbəti rekord qeydə alınıb. Oktyabrın 21-də 270 min vaksin vurulub. AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook"da məlumat yayıb.
“269 666 nəfər COVID-19-a qarşı peyvənd olunub. 184.107 nəfərə birinci doza, 85.559 nəfərə isə tam doza vurulub”, - hesabatda deyilir.

Qeyd edək ki, Ukraynada son həftə ərzində COVID-19-la bağlı xəstəxanaya yerləşdirilənlərin 95%-i peyvənd olunmayıb.

Son sutkada isə 23 785 yeni yoluxma faktı qeydə alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin   Ukrayna  





Xəbər lenti