Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

   Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
  22 Oktyabr 2021    Oxunub:1063
Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən AzVision.az -a verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti