"NATO qarşıdurma üçün yaradılıb" - Peskov

   "NATO qarşıdurma üçün yaradılıb" -    Peskov
  22 Oktyabr 2021    Oxunub:518
"Rusiya öz maraqlarını qorumaq üçün davamlı tədbirlər görür".
AzVision.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov NATO ilə münasibətlərdən danışarkən deyib.

"Biz bu istiqamətdə davamlı tədbirlər görürük. İttifaq dövlətləri müdafiə nazirimizin görülən tədbirlərlə bağlı açıqlamalarını eşitdilər. Yəni bu, daimi prosesdir”, - Peskov söyləyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ilə bağlı illüziyaları yoxdur: "Biz Alyansın mahiyyətini bilirik. Onların son addımları məhz bu mahiyyətin təsdiqidir”.

Peskov vurğulayıb ki, Alyans sülh üçün deyil, qarşıdurma üçün yaradılıb: "O, qarşıdurma üçün nəzərdə tutulub və layihələndirilib və öz funksiyasını yerinə yetirir".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti