Şəhid Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb - FOTO
Mərasimdə çıxış edən “EkoAvrasiya”nın rəhbəri Hikmət Eren başçılıq etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, dərnəyin əsas fəaliyyəti türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu münasibətlərin inkişafına kömək etməkdir.
Çıxışında “Avrasiya Hizmət Ödülü”nün Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını deyən Hikmət Eren şəhidin ailəsinin də belə bir mükafatı məmnuniyyətlə qarşıladığını vurğulayıb və buna görə şəhid generalın anasına təşəkkürünü ifadə edib.
AzVision.az
Teqlər: Polad-Həşimov