Napoleonun qohumları etiraz etdilər

Napoleonun qohumları etiraz etdilər
  26 Mart 2014    Oxunub:1484
Fransanın görkəmli imperatorunun əşyaları hərraca çıxarılsa da, son anda satılmayıb
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransa imperatoru Napoleon Bonapartın 100 gün hakimiyyətdə olduğu Fontenblodakı məşhur Osenat hərracı imperatora məxsus əşyaları hərraca çıxarsa da, son anda bu əşyalar satılmayıb.

Hərracın başlamasına bir neçə dəqiqə qalmış həmin əşyalar satışdan çıxarılıb. Buna imperatorun qohumlarının etirazı səbəb olub.

Satışa imperatorun ölüm günü geyindiyi köynək, ayaqqabısı, şalvarı, o cümlədən əlyazmaları və digər şəxsi əşyaları çıxarılıb. Bundan başqa hərracda 2 dəsmal, gecə gəzintisində istifadə etdiyi əl ağacı, fil sümüyündən hazırlanmış bıçaq nümayiş olunub.

Mütəxəssislər sərkərdənin batist köynəyini 30-40 min, əl ağacına 15 min avro, manjetləri isə 8-10 min avro dəyərində qiymətləndirirlər.

Geyimləri illər boyu Napoleonun köməkçisi Aşill Arşambo saxlayıb və yuyulmasına imkan verməyib. Arşambonun ölümündən sonra isə imperatorun geyimlərini onun ailəsi qoruyub.

Qalereya




Teqlər:





Xəbər lenti