Ermənistanda yeni işsizlik dalğası: Kombinat 1400 nəfəri ixtisara salır

    Ermənistanda yeni işsizlik dalğası:   Kombinat 1400 nəfəri ixtisara salır
  22 Oktyabr 2021    Oxunub:1297
Ermənistanda yeni işsizlik dalğası yaranır. Zəngəzur Mis-Molibden Kombinatının yeni sahibləri 1400 nəfəri ixtisar etmək niyyətində olduqlarını bəyan ediblər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Azərbaycan çaylarını zəhərləyən kombinat bağlandı
Bildirilir ki, Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin dəyişdirilməsi ilə bağlı iş məhkəmədə olduğu bir vaxtda şirkət artıq kombinatı yenidən qurmağa başlayıb. "Pastinfo"nun məlumatına görə, dünən baş direktor Roman Xudolinin rəhbərlik etdiyi “Geo Pro Mining Armenia” şirkətinin nümayəndələri zavodda olublar. Onlar Zəngəzur Mis-Molibden Kombinatında 1500-ə yaxın işçinin işdən çıxarılmasını elan ediblər.

Qeyd edək ki, bu fabrik Zəngəzurda əhalinin işlə təmin olunmasında mühüm rol oynayır və iş yerlərinin ixtisarı bölgə əhalisinə böyük zərbə vuracaq. İxtisarlar kütləvi mühacirətə də səbəb olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İşsizlik  





Xəbər lenti