Ermənistan Ombudsmanı Konstitusiya məhkəməsinə üz tutdu
Arman Tatoyan akkreditədən keçmiş jurnalistlərə münasibətdə tətbiq edilən təcrübənin hüquqi əsası olmadığını, qanunvericilik səviyyəsində təsdiqlənmədiyini və jurnalistlərin özü üçün gözlənilməz olduğunu deyib. Ombudsmanın ərizəsi konkret nümunələrlə, o cümlədən jurnalistlərə qarşı zor işlədilməsi faktaları ilə gücləndirilib. Müraciətdə habelə təhlükəsizlik əməkdaşlarının jurnalistlərə münasibətləri detallı şəkildə təhlil olunub.
- Milli məclisdə akkreditasiya olunmuş jurnalistin işi cinayətkarlıqla mübarizə nöqteyi-nəzərindən yox, konkret orqanın normal fəaliyyəti, peşəkar işə hörmət və jurnalistin işini əngəlləməmək nöqteyi-nəzərindən tənzimlənməlidir. İnsan haqları müdafiəçisi üçün Milli məclisin təhlükəsizliyinin təminatı əsas əhəmiyyət kəsb edir, amma jurnalistin işinin məhdudlaşdırılması təhlükəsizlik qaydaları ilə “maskalanmamalıdır”. Digər tərəfdən isə, jurnalistlər öz hüquqları, peşəkar fəaliyyətin məhdudiyyətləri, o cümlədən bu məhdudiyyətlərin dəqiq sərhədləri, xarakteri, məqsədləri və onlara əməl edilmədiyi hallarda bunun neqativ hüquqi nəticələri barədə lazımi səviyyədə məlumatlandırılmayıblar,- Arman Tatoyan müraciətində vurğulayıb.
Ermənistan ombudsmanının aparatından verilən məlumata görə Milli məclisin aparatı ilə müzakirələr aparalıb və bir sıra qanunvericilik aktlarına etiraz olaraq Konstitusiya məhkəməsinə müraciət edilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan jurnalist