Aİ strateji qaz ehtiyatının yaradılması məsələsini öyrənəcək

Aİ strateji qaz ehtiyatının yaradılması məsələsini öyrənəcək
  22 Oktyabr 2021    Oxunub:1173
"Avropa İttifaqı (Aİ) strateji qaz ehtiyatlarının yaradılması məsələsini araşdıracaq".
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ayə üzv dövlət başçılarının sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz strateji qaz ehtiyatlarının necə yaradılacağını öyrənmək barədə razılığa gəldik. Həmçinin, birgə tədarükün mümkünlüyünü araşdırmaq barədə də razılıq əldə etdik", - o vurğulayıb.

Xatırldaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı bildirmişdi ki, Avropada qaz qıtlığı Avropa Komissiyasının apardığı iqtisadi siyasətin nəticəsidir.

AzVision.az




Teqlər: Avropa-İttifaqı   Qaz  





Xəbər lenti