Mənzildə nəzarətsiz qalan azyaşlını FHN xilas edib

Mənzildə nəzarətsiz qalan azyaşlını FHN xilas edib
  22 Oktyabr 2021    Oxunub:828
Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanındakı yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edərək köməklik göstərilməsini xahiş ediblər.
Bu barədə AzVision.az FHN-ə istinadən məlumat verir.

İlk zəngdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Vətəndaşların ayıq-sayıqlığı, xilasedicilərin çevik və peşəkar müdaxiləsi sayəsində azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi qeyd olunan hadisədə ayıq-sayıq davranaraq "112" qaynar telefon xəttinə zəng edən vətəndaşlara təşəkkür edir.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti