Telman İsmayılov Monteneqrodan sığınacaq alıb - Vəkil

   Telman İsmayılov Monteneqrodan sığınacaq alıb -    Vəkil
  22 Oktyabr 2021    Oxunub :892
Azərbaycan əsilli iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb.
AzVision.az "Vijesti" portalına istinadən xəbər verir ki, bu barədə onun vəkili Miloş Vuksanoviç deyib.

"Azərbaycanlı milyarder Telman İsmayılov Monteneqroda sığınacaq aldığı üçün təcridxanadan da azad edilib. Bu məlumatı onun vəkili Miloş Vuksanoviç də təsdiqləyib", - portal yazıb.

Xatırladaq ki, Rusiya tərəfindən verilən axtarış qərarı ilə Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi T.İsmayılov bir müddət əvvəl Podqoritsa şəhərində saxlanılıb. Şəhər məhkəməsi oktyabrın 2-də onun barəsində həbs qərarı çıxarmışdı.

T.İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəmişdi.

Qeyd edək ki, iş adamı və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.
İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.

AzVision.az

Teqlər: Telman-İsmayılov  







Xəbər lenti