"Rusiya ilə əlaqələrimiz strateji xarakter daşıyır" - Bennet

"Rusiya ilə əlaqələrimiz strateji xarakter daşıyır" -    Bennet
  22 Oktyabr 2021    Oxunub:699
İsrailin baş naziri Naftali Bennet Rusiya prezidenti Vladimir Putinlə görüşünün çox yaxşı keçdiyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə baş nazir “Facebook” səhifəsində yazıb.

“Rusiya prezidenti Putinlə çox yaxşı görüşümüz keçdi. Söhbət beş saatdan artıq davam etdi. Dərin və məzmunlu danışıqlar apardıq”, - Bennet vurğulayıb.

O, Rusiyanın bölgədə əhəmiyyətli bir oyunçu olduğunu, buna görə də İsrailin Moskva ilə əlaqələrinin strateji xarakter daşıdığını söyləyib. Hökümət rəhbəri hesab edir ki, tərəflər arasında birbaşa və davamlı danışıqlar zəruridir.

Qeyd edək ki, görüş Rusiyanın Soçi şəhərində baş tutub.

AzVision.az



Teqlər: İsrail   Rusiya  





Xəbər lenti