AzVision.azxəbər verir ki, “Media Mərkəzi” proqramının redaktoru Arşaluys Mqdesyan yerli mediaya verdiyi açıqlamada deyib ki, ciddi tədbirlər görülməsə proseslər faciəvi hal alacaq.
- Bu gün Ermənistanda 42 nəfər koronavirus infeksiyasından ölüb. Onların arasında 2 hamilə qadın da olub. Beləliklə, deyə bilərəm ki, ayda 1000-1300 ölü sayımız olacaq. Və bu insanlar əgər peyvənd olunarlarsa yaşayacaqlar. Təbii ki, əgər həyatda qalmaq istəyən həmin kütlə koronavirusdan dediyim üsullarla qorunarlarsa ağır statistika müşahidə olunmaz. Müharibə zamanı ölülərin sayı gündə 50-100 nəfər idi. Bu, isə hazıra mövcud olan bir müharibədir.
Tural Tağıyev
AzVision.az