"F-16-ların tədarükü üçün texniki işlərə başlanılıb" - Akar
O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: "Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə əlaqədar "F-35" qırıcılarının tədarükü prosesini dayandırıb. Türkiyə isə bunun üçün ödədiyi 1,4 milyard dolları hər hansı şəkildə geri alacağını bəyan edib. Həmçinin, rəsmi Ankara alternativ variant kimi "F-16"ların satın alınmasının istisna olmadığını açıqlamışdı.
Pərvanə Sultanova
AzVision.az