Gənc yazarın imza günü keçiriləcək

Gənc yazarın imza günü keçiriləcək
  26 Mart 2014    Oxunub:1320
Martın 29-da gənc detektiv yazar Elçin Əfəndinin imza günü və onun bu yaxınlarda nəşr olunmuş "Silinməyən izlər" romanının təqdimat mərasimi keçiriləcək.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir “Kitabevim.Az” kitab marketində baş tutacaq. Ünvan: "28 May" metrostansiyasının yaxınlığında , Puşkin 26A. Ak Centr 2-ci mərtəbə.

“Silinməyən izlər” romanı, əsasən, sevgidə buraxılan səhvlərin sonradan önə çıxması üzərində qurulub. Romanda cəmiyyət tərəfindən formalaşmış bəzi təfəkkürlərin çürüklüyünə və ailə-məişət mövzusuna, həmçinin dövlət məmurunun özbaşınalığına toxunulub. Detektiv janrda qələmə alınmış bu romanda baş verən qətl hadisəsini və oğurluq faktını Daniel adlı xəfiyyə araşdıraraq bütün olanlara aydınlıq gətirir.

“Hədəf Nəşrləri”nin “XAN Çağdaş Ədəbiyyat silsiləsi”ndə nəşr olunan bu əsər Elçin Əfəndinin “Antiterror” kriminal-detektiv romanından sonra işıq üzü görmüş ikinci kitabıdır.



Teqlər:





Xəbər lenti