İranda virusdan ölənlərin sayı 125 mini keçib
Ölkədə virusdan ölənlərin ümumi sayı 125 052, yoluxanların sayı isə 5 851 670 nəfər təşkil edir. Virus daşıyıcılarından 4 346 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İndiyədək İranda 5 402 865 nəfər koronavirusdan sağalıb, 34,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə isə 79,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 50,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 28,9 milyon təşkil edir.
Pərvanə Sultanova
AzVision.az