"Ən böyük qorxu gerçək oldu" - Kino ulduzları Hatçins haqqında yazırlar

      "Ən böyük qorxu gerçək oldu"    - Kino ulduzları Hatçins haqqında yazırlar
  23 Oktyabr 2021    Oxunub :823
ABŞ-da kino çəkilişi zamanı operator Qalina Hatçinsin faciəli şəkildə ölməsi bütün dünyanı şoka salıb. Minlərlə insan Hatçinsin "Instagram" hesabındakı son paylaşımının altına şərhlər yazır. Onların arasında tanınmış aktyor, prodüser və rejissor Cosef Reytman və rəssam Reyçel Meyson da var.
Mərhumun həmkarları baş verənlərə inana bilmir və ailəsinə başsağlığı verirlər. AzVision.az xəbər verir ki, bir çox kino ulduzu isə faciəyə "Twitter"də reaksiya verib.

ABŞ-da Bolduinin öldürdüyü operatorun şərəfinə təqaüd təsis edildi
Amerikalı kinorejissor Ceyms Qann ən böyük qorxusunun çəkilişlərin birində kiminsə ölümcül yaralanması olduğunu yazıb. Ona görə də o bunun heç vaxt baş verməməsi üçün dua edir.

-Ürəyim "Rust" filminin çəkiliş meydançasındakı faciə zamanı əziyyət çəkən hər kəslə, xüsusən də Hatçins ailəsiylədir,-Qann yazıb.

Xatırladaq ki, ABŞ-da "Rust" filminin çəkilişləri zamanı tapançadan süni şəkildə atəş açmağa çalışan məşhur aktyor Alek Bolduin operatoru öldürüb. O, həmçinin filmin rejissorunu da ölümcül yaralayıb. Güllə rejissor Coel Souzanın körpücük sümüyünü zədələyib. Ukrayna əsilli operator Qalina Hatçins isə təyyarə ilə "Albukerke" xəstəxanasına çatdırılsa da, vəfat edib. Santa-Fe şerifinin sözçüsü, ölümün aktyorun açdığı atəş nəticəsində baş verdiyini lakin ona qarşı hələlik ittiham irəli sürülmədiyini söyləyib. Çəkilişlər isə dayandırılıb. Hazırda əksər saytlar bir sıra suallar yaradan bu insidenti "Bolduin faciəsi" kimi təqdim edirlər.

AzVision.az

Teqlər:   Aktyor   Ölüm   Kino   ABŞ  







Xəbər lenti