Ərdoğan 10 ölkənin səfirini "arzuolunmaz şəxs" elan etməyə göstəriş verib

   Ərdoğan 10 ölkənin səfirini   "arzuolunmaz şəxs"    elan etməyə göstəriş verib
  23 Oktyabr 2021    Oxunub :437
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə fəaliyyət göstərən 10 ölkənin səfirinin “persona non qrata” elan olunmasını istəyib.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Əskişəhərdə millət bağçası, xalq kitabxanası və inşaatı başa çatan bir çox layihələrin açılışında danışarkən söyləyib.

R.T.Ərdoğan deyib ki, həmin səfirlərlə bağlı Türkiyənin xarici işlər nazirinə təlimat verib: “Bura Türkiyədir, zənn etdiyiniz qəbilə dövləti deyil. Lazım olan təlimatı xarici işlər nazirimizə verdim. Onların “arzuolunmayan adam” elan olunmasını bir an öncə həll edəcəksiniz, dedim. Türkiyəni anlamalı, bilməlidirlər, anlamadıqları halda, tərk edəcəklər. Millətimizə yan baxanla cüzi dostluğumuz belə ola bilməz”.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalayıblar.

AzVision.az

Teqlər: Türkiyə   Səfirlər  







Xəbər lenti