Nigeriyada 800-dən artıq məhbus həbsxanadan qaçıb

Nigeriyada 800-dən artıq məhbus həbsxanadan qaçıb
  23 Oktyabr 2021    Oxunub :370
Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli agentlik məlumat yayıb.

Bundan əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.

AzVision.az

Teqlər: Nigeriya   Həbsxana  







Xəbər lenti