NATO Baltikyanı ölkələrdə 3-cü aviabazasını açır
Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.
"Lielvarde" aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir", - NATO-nun məlumatında deyilir.
Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.
Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.
AzVision.az
Teqlər: NATO Baltikyanı