Şəmkirdə avtoxuliqanlar həbs olunub

Şəmkirdə avtoxuliqanlar həbs olunub
  25 Oktyabr 2021    Oxunub:645
Oktyabrın 20-si axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazsində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən verilən məlumata görə, sürücülük hüququ olmadan avtomobil idarə edən “sürücü” polis əməkdaşları tərəfindən saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər.

Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Mirzəoğlu 25, E.Adıgözəlov 3, S.Tağıyev və Q. Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az



Teqlər: Şəmkir  





Xəbər lenti