ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb

   ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzalayıb
  25 Oktyabr 2021    Oxunub:956
ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.
Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb.

Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb. Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edilib.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti