"Ermənistan müdafiə büdcəsini artırır"- Paşinyan

   "Ermənistan müdafiə büdcəsini artırır"-    Paşinyan
  25 Oktyabr 2021    Oxunub:1035
2022-ci ildə Ermənistanın müdafiə büdcəsi 11 faiz artacaq. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin dövlət büdcəsi layihəsini parlamentdə təqdim edərkən məlumat verib.
Ümumilikdə isə müdafiəyə 345 milyard dram (təxminən 725 milyon dollar - red.) ayrılacaq.

"2022 -ci il üçün müdafiə büdcəsi 2021 -ci illə müqayisədə 11% çox olacaq və bu rəqəm 345 milyard dramdan çoxdur. Ermənistanda peşəkar bir ordu yaratmaq niyyətindəyik, amma bunu düşünülmüş addımlarla edəcəyik", - Paşinyan deyib.

Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılandı- VİDEO
Baş nazir fikirlərinə onu da əlavə edib ki, ölkəsi yeni silah növlərinin alışını davam etdirir. Həmçinin Ermənistan sərhədlərinin mühafizəsi mərhələli şəkildə müqavilə əsasında xidmət aparanlara həvalə edilir. O qeyd edib ki, gələcəkdə ölkə sərhədlərində yalnız sərhəd qoşunları yerləşdiriləcək.

Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, büdcənin gəlirləri 2021-ci illə müqayisədə 1 trilyon 946 milyard dram (təxminən 4,1 milyard dollar) və ya 17,5%, xərcləri isə 2 trilyon 189 milyard (4,6 milyard dollar) və ya 5,1 faiz çox olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Büdcə  





Xəbər lenti