Koronavirusun "Delta" ştammının fotosu dərc olunub

 Koronavirusun "Delta" ştammının fotosu dərc olunub
  25 Oktyabr 2021    Oxunub:1305
"Vektor" Dövlət Virusologiya və Biotexnologiyalar Elmi-Tədqiqat Mərkəzi ilk dəfə olaraq elektron mikroskop kamerası ilə çəkilmiş koronavirusun "Delta" növünün fotoşəkillərini yayımlayıb.
AzVision.az xəbər verir ki, virus süni şəkildə Afrika yaşıl meymununun böyrək epiteli hüceyrələrində yetişdirilib.

Qeyd olunub ki, elektron mikroskopiya üçün hazırlıq sınaqları metodikası üçün ultranazik kəsimlər epoksi qatranları hüceyrələrinə boyanıb.

ÜST-in məlumatına görə, B.1.617 adlı Hindistan ştammı (delta) 2020-ci ilin oktyabrında müəyyən edilib. O, inkubasiya müddətinin qısaldılması, insan orqanizmində stressin artması ilə xarakterizə olunur. Əsas simptomları baş və boğaz ağrısı, burun axması,yüksək hərarətdir. Üstəlik, adətən qoxu hissi itmir və öskürək olmur. Həmçinin, mütəxəssislərin fikrincə, bu növ koronavirus qarın ağrısı, qusma və burundan axıntı ilə xarakterizə olunur. Sürətli yorğunluq, depressiya və ümidsizlik hissləri mümkündür.

19 oktyabr 2021-ci ilə olan məlumata görə, "Delta" ştammı 193 ölkədə aşkarlanıb,



Pərvanə Sultanova
AzVision.az



Teqlər: Koronavirus   Delta  





Xəbər lenti